Cadugərdən XƏBƏRDARLIQ: Ukraynanın bu bölgələri risk altındadır
Özünü cadugər, taroloq və şəfaçı kimi təqdim edən Viola Mirabilis yaxın vaxtlarda Rusiyanın yeni hücumlarının ola biləcəyini iddia edərək, risk altında olduğunu düşündüyü Ukrayna bölgələrinin adlarını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Onun sözlərinə görə, ən böyük təhlükə Kiyev və Kiyev vilayəti üçün qalır. Mirabilis iddia edib ki, Rusiya paytaxtı xüsusi hədəf kimi görür.
Taroloq həmçinin Poltava və Dnepropetrovsk vilayətlərini də risk altında olan ərazilər sırasında göstərib.
Onun fikrincə, mümkün yeni genişmiqyaslı hücumlar zamanı Rivne, Jitomir, Xarkov, Poltava, Sumı, Zaporojye, eləcə də Ukraynanın cənub bölgələri, o cümlədən Nikolayev və Odessa vilayətləri də hədəfə çevrilə bilər.
Viola Mirabilis kənd təsərrüfatı obyektləri, anbarlar və uşaq müəssisələri ilə bağlı da müxtəlif iddialar səsləndirib.
16:05 12.07.2026
Oxunuş sayı: 69