Krımın bir sıra bölgələri qaranlığa qərq oldu
Krımın bir sıra şəhər və rayonlarında elektrik enerjisinin verilişi dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Krımenerqo" məlumat yayıb.
Bildirilib ki, şəbəkələrdə baş verən qəzalar səbəbindən Djanqoy, Krasnoperekopsk şəhərləri, Armyansk şəhər dairəsi, eləcə də Djanqoy, Krasnoperekopsk, Nijneqorsk və Çernomorsk rayonlarında elektrik enerjisi yoxdur.
Məlumata görə, Simferopol, Yalta və Sudak şəhər dairələrində, həmçinin Yevpatoriya və Saki şəhərlərində, Simferopol, Baxçasaray və Saki rayonlarında da elektrik təchizatında fasilələr yaranıb.
Qeyd edək ki, bundan əvvəl Krım rəhbəri Sergey Aksyonov infrastruktur obyektlərinə ziyan dəyməsi ilə əlaqədar bölgədə elektrik enerjisinin müvəqqəti məhdudlaşdırılacağını açıqlamışdı. Regionda fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Krım Nazirlər Sovetinin rəhbəri Yuri Qotsanyuk bildirib ki, enerji təchizatı ilə bağlı vəziyyət mürəkkəb olaraq qalır, lakin xəstəxanalar, təcili yardım xidmətləri və digər strateji əhəmiyyətli obyektlər normal fəaliyyət göstərir.
11:23 12.07.2026
Oxunuş sayı: 48