Messi hakimə irad bildirdi: Mənimlə hörmətlə danış
Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının İsveçrə ilə keçirilən 1/4 final matçında baş hakim Joau Pinyeiruya irad bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı argentinalı hücumçu hakimdən onunla daha hörmətli danışmağı tələb edib.
"Mənimlə normal danış, mənimlə hörmətlə danış. Mən səninlə normal danışmışam", – deyə Messi bildirib.
Qeyd edək ki, qarşılaşma Argentina millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun əsas vaxtında komandalar 1:1 hesabı ilə bərabərə qalıb, qalib əlavə vaxtda müəyyənləşib.
Argentina yığmasının heyətində Aleksis Mak Allister, Xulian Alvares və Lautaro Martines fərqlənib. İsveçrənin yeganə qolunu isə Dan Ndoye vurub.
Matçın 70-ci dəqiqəsində İsveçrə millisinin futbolçusu Bril Embolo ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.
Argentina yarımfinalda İngiltərə millisi ilə qarşılaşacaq. Görüş iyulun 15-də keçiriləcək.
11:08 12.07.2026
Oxunuş sayı: 54