ABŞ və İran arasında gərginlik artır: Yeni zərbələr və Hörmüz böhranı
ABŞ və İran arasında qarşıdurma yeni mərhələyə qədəm qoyub.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ müharibə naziri Pit Heqset İranın son addımlarını sərt şəkildə tənqid edib. O bildirib ki, Tehran pis seçim edib və indi bunun nəticələri ilə üzləşir.
Məlumata görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Kipr bayrağı altında üzən quru yük gəmisinə hücumdan sonra Hörmüz boğazının bağlandığını açıqlayıb. İran tərəfi bildirib ki, boğaz ABŞ-nin regiondakı müdaxiləsi dayanana qədər bağlı qalacaq.
Buna cavab olaraq ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həftə ərzində üçüncü zərbə dalğasının həyata keçirildiyini açıqlayıb. Bildirilir ki, hücumlar zamanı hava hücumundan müdafiə sistemləri, radarlar, raket və dron buraxılış qurğuları, eləcə də anbarlar hədəf alınıb.
Məlumata görə, zərbələr nəticəsində azı 140 obyektin vurulduğu iddia edilir.
Gərginliyin fonunda İranın ABŞ-nin Bəhreyn, Qətər, BƏƏ və İordaniyadakı hərbi bazalarına ballistik raket zərbələri endirdiyi də bildirilir. Bölgədə vəziyyətin daha da kəskinləşəcəyi ehtimal olunur.
10:58 12.07.2026
Oxunuş sayı: 53