Rusiyada benzin gərginliyi: Sakinlər küçəyə çıxdı
Rusiyanın Novorossiysk şəhərində sakinlər yanacaqdoldurma məntəqəsi yaxınlığında benzin daşıyan avtomobili mühasirəyə alıblar.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə iştirakçılarının iddiasına görə, yanacaq yalnız dövlət qurumlarına məxsus nəqliyyat vasitələrinə satılır.
Bildirilib ki, bu səbəbdən narazı sakinlər benzin daşıyan avtomobilin hərəkətinə mane olaraq etirazlarını ifadə ediblər.
Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyib. Sakinlərin səsləndirdiyi iddialar da müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
10:29 12.07.2026
Oxunuş sayı: 57