Belarusdan Ukraynaya mesaj: Qapılarımız açıqdır
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, yaxın gələcəkdə ölkədə keçirilən "Kupalye" bayramına çoxlu sayda Ukrayna vətəndaşı qatılacaq.
Crossmedia.az xəbər verir ki, Lukaşenko bu fikri "Belarus 1" telekanalına açıqlamasında səsləndirib.
"Əminəm ki, bu bayramı yaşatsaq, yaxın vaxtlarda burada onu böyük məmnuniyyətlə ziyarət edəcək çoxlu ukraynalılar olacaq", – deyə Belarus lideri bildirib.
Bu il Mogilyov vilayətinin Aleksandriya kəndində keçirilən "Kupalye" bayramının proqramına konsert, ənənəvi tonqal və atəşfəşanlıq daxildir. Tədbirdə, həmçinin Rusiyanın 30-a yaxın regionundan tətbiqi sənət ustaları iştirak edirlər.
Qeyd edək ki, iyunun 25-də Belarus Dövlət Sərhəd Komitəsi Aleksandr Lukaşenkonun tapşırığı ilə Ukrayna vətəndaşlarının sərhədyanı meşə və bataqlıq ərazilərinə girişinə dair mövsümi sadələşdirilmiş buraxılış qaydalarının tətbiq olunduğunu açıqlamışdı.
09:40 12.07.2026
Oxunuş sayı: 78