Ukraynada qalmaqal: Silah anbarı evlərin yanında yerləşdirilib
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev vilayətinin Vışneve şəhərində partlayış baş verən silah anbarının yaşayış evlərinin yaxınlığında yerləşdiyini təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski axşam videomüraciətində Vışnevedəki anbarlarda baş vermiş partlayış və yanğınla bağlı ətraflı hesabat aldığını bildirib.
Onun sözlərinə görə, araşdırmalar nəticəsində müəyyən edilib ki, "Ukroboronprom" dövlət konserninin iki rəhbər şəxsi təlimatlara zidd olaraq silah anbarını yaşayış məntəqəsində, evlərin yaxınlığında yerləşdirib.
Ukrayna lideri qeyd edib ki, sursatların yaşayış binalarının yaxınlığında saxlanılmasına görə məsuliyyət daşıyan vəzifəli şəxslər qanun qarşısında cavab verəcəklər.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi iyulun 6-da Kiyev və ətrafında Ukraynanın hərbi-sənaye kompleksi və yanacaq-energetika obyektlərinə kütləvi zərbələr endirdiyini açıqlamışdı. Hədəflərdən biri də Vışnevedə yerləşən "Vizar" maşınqayırma zavodu olub. Zərbədən sonra şəhər rəhbərliyi təkrar partlayış təhlükəsi səbəbindən bəzi ərazilərin sakinlərinin təxliyə olunduğunu bildirmişdi.
09:22 12.07.2026
Oxunuş sayı: 60