Məşhur fiqurçunun oğlu Azərbaycan bayrağı altında çıxış edəcək
Məşhur rus fiqur konkisürmə üzrə idmançı Yevgeni Plyuşenko oğlu Aleksandrın Azərbaycan bayrağı altında çıxış etməyə başlaması ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xəbər verir ki, Plyuşenko bildirib ki, oğlu Rusiyada kifayət qədər diqqət görməyib və əgər tanınmış idmançının övladı olmasaydı, ona heç kimin maraq göstərməyəcəyini deyib.
Onun sözlərinə görə, əsas məqsədi övladının beynəlxalq turnirlərdə iştirak etməsidir. Plyuşenko Rusiyada fiqurlu konkisürmənin hazırda geriləmə dövrü yaşadığını iddia edib.
“İstəyirəm ki, uşaq çıxış etməyə başlasın. Burada ona heç kim ehtiyac duymurdu”, – deyə Plyuşenko bildirib.
00:15 12.07.2026
Oxunuş sayı: 47