KİV: Qətərin Hörmüz qərarlarında rolu yoxdur
Qətərin Hörmüz boğazı ilə bağlı qərarların qəbulunda iştirak etməsi barədə yayılan iddiaları təkzib edib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim” xəbər agentliyinin məlumatına görə, Hörmüz boğazı yalnız İran və Omanın daxili və ərazi sularında yerləşdiyindən, onun idarə olunması ilə bağlı bütün qərarlar yalnız bu iki sahilyanı dövlət tərəfindən qəbul edilə bilər.
Qeyd olunub ki, Qətərin İran və Oman arasında apardığı fəaliyyət yalnız vasitəçilik və region ölkələri ilə məsləhətləşmələrin təşkili ilə məhdudlaşır. Bildirilir ki, bu rol İslamabadda imzalanmış Anlaşma Memorandumunun 5-ci bəndinə uyğun şəkildə həyata keçirilir.
23:22 11.07.2026
Oxunuş sayı: 54