Oman və İran mühüm qərarlar üçün bir araya gəldi
İran Xarici İşlər Nazirliyi İran və Oman xarici işlər nazirlərinin İslamabadda imzalanmış Anlaşma Memorandumunun 5-ci maddəsinə uyğun olaraq görüş keçirdiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, tərəflər görüş zamanı ikitərəfli münasibətlərin inkişafı, regionda baş verən son hadisələr və Hörmüz boğazında naviqasiya təhlükəsizliyinin təmin edilməsi üçün mexanizmləri müzakirə ediblər.
22:52 11.07.2026
Oxunuş sayı: 58