Modi Yeni Zelandiyada haka rəqsi ilə qarşılandı
Hindistanın Baş naziri Narendra Modi Yeni Zelandiyaya səfəri çərçivəsində təntənəli mərasimlə qarşılanıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Bu, son 40 il ərzində Hindistan hökumət başçısının Yeni Zelandiyaya ilk səfəri olub. Səfər zamanı iki ölkə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəlib.
Tərəflər müdafiə, dəniz təhlükəsizliyi, elm, təhsil, turizm, kənd təsərrüfatı və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılaşıblar.
Qonağa xüsusi hörmət əlaməti olaraq Yeni Zelandiya tərəfi Modini maori xalqının ənənəvi ritual rəqsi olan “haka” ilə qarşılayıb.
22:22 11.07.2026
Oxunuş sayı: 69