Mariya Zaxarova Zelenskini ˝qanla doymayan gənə˝ adlandırıb
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna Prezidenti Volodimir Zelenskini sərt ifadələrlə tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zaxarova Zelenskini Ukrayna xalqının bədəninə yapışmış və qanla doymayan gənə ilə müqayisə edib.
O bildirib ki, Zelenskiyə artıq heç nəyin kömək etməyəcəyini iddia edib.
Zaxarovanın açıqlaması Rusiya ilə Ukrayna arasındakı siyasi qarşıdurma fonunda səsləndirilib.
22:12 11.07.2026
Oxunuş sayı: 67