Hakan Fidandan Kiyevə mesaj: Tanqo üçün iki nəfər lazımdır
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Rusiya- Ukrayna müharibəsi nizamlanması üçün Ankoricdə əldə olunan razılaşmaları dəstəkləməlidir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Fidanın sözlərinə görə, Rusiya tərəfi əldə olunmuş razılaşmalara əməl edir.
“Rusiya tərəfi əldə edilmiş razılaşmalara sadiqdir. Amma tanqo üçün iki nəfər lazımdır”, – deyə Türkiyənin xarici işlər naziri bildirib.
O qeyd edib ki, münaqişənin həlli üçün tərəflərin qarşılıqlı addımlar atması vacibdir.
22:02 11.07.2026
Oxunuş sayı: 63