İsrail Livana hücum edib
İsrail Hərbi Hava Qüvvələri iyulun 11-də Livanın cənubunda yerləşən bir neçə yaşayış məntəqəsinə hava zərbələri endirib.
Crossmedia.az xəbər verir ki, "RIA Novosti" bu barədə mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, səhər saatlarından etibarən İsrail aviasiyası Livanın cənubundakı bir sıra rayonları hədəfə alıb.
Bildirilib ki, İsrailə məxsus pilotsuz uçuş aparatları Kfar-Tibnit və Nəbatiyyə əl-Fauka yaşayış məntəqələrinin ətrafına zərbələr endirib. Daha sonra İsrail Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri Nəbatiyyə əl-Fauka istiqamətində hücum həyata keçirib.
Mənbə əlavə edib ki, İsrail ordusu Bint Cbeyl və Hula yaşayış məntəqələrində bir neçə yaşayış evi və infrastruktur obyektini idarə olunan partlayışlarla dağıdıb.
İsrail ordusu hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
15:06 11.07.2026
Oxunuş sayı: 51