Durov Aİ-ni "banan respublikası" adlandırıb
"Telegram"ın qurucusu Pavel Durov Avropa Parlamentinin "Chat Control" qanun layihəsini dəstəkləməsindən sonra Avropa İttifaqını "banan respublikası" ilə müqayisə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Durov sosial şəbəkədə paylaşım edib.
Onun sözlərinə görə, yeni qaydalar Avropa İttifaqı ölkələrinin sakinlərinin messencer yazışmalarının, elektron məktublarının və şəxsi fotolarının məhkəmə qərarı olmadan yoxlanılmasına imkan yaradır.
Durov hesab edir ki, bu cür tədbirlər vətəndaşların şəxsi həyatının toxunulmazlığına və rəqəmsal məxfiliyinə ciddi təhlükə yaradır.
15:13 11.07.2026
Oxunuş sayı: 48