Qriqoryan Avrasiya iclasında iştirak etdi
Ermənistan Avrasiya İqtisadi Komissiyasının Şurasının iclasında iştirak edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbət verir ki, ölkənin Baş nazir müavini Mher Qriqoryan videokonfrans formatında keçirilən iclasa qatılıb.
İclas zamanı Avrasiya İqtisadi İttifaqı çərçivəsində gömrük tənzimlənməsi və texniki reqlamentlərlə bağlı təxminən 40 məsələ müzakirə olunub.
Görüşün yekununda Avrasiya Hökumətlərarası Şurasının qarşıdakı iclasının gündəliyi də təsdiqlənib.
22:57 09.07.2026
Oxunuş sayı: 50