İsrail İrana hücum üçün Trampdan icazə istəyir
Yüksək vəzifəli İsrail rəsmiləri ABŞ Prezidenti Donald Trampdan İrana qarşı hərbi zərbələri yenidən bərpa etmək üçün icazə almaq istəyirlər.
Crossmedia.az xəbər verir ki, “Kan News” telekanalının məlumatına görə, İsrail tərəfi İran ərazisinə qarşı hücumların yenidən həyata keçirilməsi məsələsində Vaşinqtonun mövqeyini öyrənmək niyyətindədir.
ABŞ və İsrail tərəfləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
22:49 09.07.2026
Oxunuş sayı: 51