Netanyahudan kritik mesaj: Təhlükəsizlik təmin olunana qədər Livanda qalacağıq
İsrail Baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Ordusunun Livanın cənubunda ölkənin təhlükəsizliyi üçün zəruri olduğu müddət ərzində qalacağını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Netanyahu bu açıqlamanı Suriya Prezidenti Əhməd əş-Şaraa ilə görüş zamanı verib.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən İsrailin Livanın cənub bölgələrindən qoşunlarını çıxarmaq niyyətində olduğunu düşündüyünü bildirib.
ABŞ Dövlət katibi Marko Rubio isə məsələ ilə bağlı razılaşmanın olduğunu və bunun son məqsəd sayıldığını qeyd edib.
22:33 09.07.2026
Oxunuş sayı: 56