Noel Avropa İttifaqının Rusiyaya qarşı yeni planını açıqladı
Fransanın xarici işlər naziri Jan-Noel Barro Avropa İttifaqının Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin iyulun 13-də qəbul ediləcəyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazirin sözlərinə görə, yeni sanksiyalar paketi Rusiyanın maliyyə sektoruna zərbə vuracaq və enerji gəlirlərini daha da azaldacaq.
“Gələn bazar ertəsi qəbul edilməli olan 21-ci sanksiyalar paketi Rusiyanın maliyyə sektoruna təsir göstərəcək və enerji sahəsindən əldə olunan gəlirləri daha da məhdudlaşdıracaq”, – deyə Barro bildirib.
20:22 09.07.2026
Oxunuş sayı: 60