İran ordusundan ABŞ-yə xəbərdarlıq: Bütün bazalar hədəfə çevriləcək
İran Silahlı Qüvvələri ABŞ-ni mümkün yeni hücumların ağır nəticələri barədə xəbərdar edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı İranın dövlət xəbər agentliyi "IRNA" yayıb.
Ordunun bəyanatında ABŞ-nin atəşkəs rejimini yenidən pozacağı təqdirdə Yaxın Şərqdə yerləşən bütün Amerika hərbi bazalarının qanuni hədəfə çevriləcəyi bildirilib.
"Atəşkəs rejiminin yenidən pozulmasının bütün məsuliyyəti ABŞ-nin cinayətkar hərəkətlərinin üzərinə düşəcək. Ordumuzun pilotsuz uçuş aparatları vasitəsilə ABŞ-nin bütün bazalarına zərbələr endiriləcək", – deyə bəyanatda qeyd olunub.
11:26 08.07.2026
Oxunuş sayı: 49