ABŞ İran nefti ilə bağlı lisenziyanı ləğv etdi: Neft qiymətləri kəskin bahalaşdı
ABŞ administrasiyası İranın Hörmüz boğazındakı hücumlarından sonra İran neftinin istehsalı, tədarükü və satışına icazə verən lisenziyanı ləğv edib.
Crossmedia.az xəbər verir ki, Vaşinqton Tehranın hərəkətlərini qəbuledilməz adlandıraraq bunun ciddi nəticələrinin olacağı barədə xəbərdarlıq edib.
Qərarın ardından dünya enerji bazarlarında neft qiymətləri yüksəlib. "Brent" və "WTI" markalı neftin qiyməti 3 faizdən çox artıb.
ABŞ rəsmiləri bildiriblər ki, bu addım İranın son hərəkətlərinə cavab xarakteri daşıyır və Tehrana iqtisadi təzyiqin artırılması məqsədi daşıyır.
09:32 08.07.2026
Oxunuş sayı: 35