SEPAH: ABŞ-nin 85 hərbi obyektinə raket və PUA zərbələri endirilib
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin hücumlarına cavab olaraq bölgədəki Amerika hərbi obyektlərinə genişmiqyaslı zərbələr endirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, SEPAH-ın bəyanatına əsasən, raket və pilotsuz uçuş aparatları ilə ABŞ-yə məxsus ümumilikdə 85 hərbi obyekt hədəfə alınıb.
Bildirilib ki, zərbələr arasında ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması, Küveytdə yerləşən "Əli əl-Salem" aviabazası və "Salman" limanı da yer alıb.
SEPAH əməliyyatın ABŞ-nin İrana endirdiyi zərbələrə cavab olaraq həyata keçirildiyini vurğulayıb.
09:22 08.07.2026
Oxunuş sayı: 39