ABŞ İrana zərbələr endirməyə başlayıb
ABŞ Hörmüz boğazında kommersiya gəmilərinə qarşı həyata keçirilən hücumlara cavab olaraq İrana qarşı hərbi əməliyyatlara başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, ABŞ qüvvələri Hörmüz boğazında beynəlxalq gəmiçiliyə qarşı həyata keçirilən hücumlara cavab olaraq İrandakı hədəflərə zərbələr endirməyə başlayıb.
Hələlik əməliyyatların miqyası, hədəflər və mümkün itkilərlə bağlı əlavə məlumat açıqlanmayıb. ABŞ tərəfi əməliyyatın gedişi ilə bağlı sonrakı mərhələlərdə əlavə məlumat veriləcəyini bildirib.
09:20 08.07.2026
Oxunuş sayı: 38