Tehrandan sərt mövqe: Ermənistan sərhədlərinin dəyişməsinə qarşıyıq
İran Ermənistan sərhədlərini müdafiə etməkdə qətiyyətli olacağı təqdirdə ona dəstək göstərməyə hazırdır.
Crossmedia.az "Sputnik Armenia"ya xəbər verir ki, bu barədə Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin direktoru Cəfər Haşe bildirib.
Ekspert qeyd edib ki, Tehran indiyədək də Ermənistanın ərazi bütövlüyünə sadiqliyini dəfələrlə nümayiş etdirib. O, buna nümunə olaraq İranın Kapan şəhərində Baş Konsulluğunun açılmasını, Ermənistan sərhədi yaxınlığında keçirilən hərbi təlimləri, eləcə də İran rəhbərliyinin bu istiqamətdə verdiyi açıqlamaları göstərib.
Cəfər Haşe bildirib ki, bir vaxtlar türk ekspertlərdən birinə Türkiyənin Ermənistan və ermənilərdən nə istədiyini soruşduqda, qarşı tərəf açıq şəkildə "Ermənistan və ermənilər olmamalıdır" cavabını verib.
İranlı ekspert vurğulayıb ki, Tehran üçün regionda dövlət sərhədlərinin toxunulmazlığı prinsipial məsələdir.
"Biz regionun xəritəsinin dəyişdirilməsinə imkan verməyəcəyik", – deyə o əlavə edib.
23:22 07.07.2026
Oxunuş sayı: 56