Peskov: Rusiya ABŞ ilə təmasları davam etdirir
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva ilə Vaşinqton arasında təmasların davam etdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Peskovun sözlərinə görə, Rusiya və ABŞ arasında əlaqələr işçi kanallar vasitəsilə davam etdirilir.
Kremlin sözçüsü həmçinin bildirib ki, Moskva ABŞ-nin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasına yönəlmiş səylərinin uğurla nəticələnəcəyinə ümid edir.
15:04 07.07.2026
Oxunuş sayı: 58