KİV: Tramp Ərdoğana F-35 proqramı ilə bağlı müsbət mesaj verəcək
ABŞ Prezidenti Donald Trampın NATO sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankaranın F-35 qırıcılarının alınması proqramına qayıtmasına hazır olduğunu bildirəcəyi iddia edilir.
Crossmedia.az xəbər verir ki, bu barədə The New York Times məlumat yayıb.
Nəşrin yazdığına görə, Trampın Ankarada keçirilən NATO sammiti zamanı bu məsələni Ərdoğanla müzakirə edəcəyi gözlənilir.
Bununla yanaşı, The New York Times qeyd edir ki, ABŞ prezidentinin mövqeyində mümkün dəyişiklik Konqresdə müqavimətlə qarşılaşa bilər. Bildirilir ki, qanunverici orqan bu qərarın həyata keçirilməsinə mane ola bilər.
09:15 07.07.2026
Oxunuş sayı: 52