Tehrana yeni təzyiq: Almaniya Hörmüz boğazının xərcini İrandan istəyir
Almaniya Hörmüz boğazında minaların təmizlənməsi üçün həyata keçirilə biləcək mümkün Avropa dəniz əməliyyatının xərclərinin İran tərəfindən qarşılanmalı olduğunu bəyan edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Yohan Vadeful açıqlama verib.
Nazirin sözlərinə görə, dünya ticarəti üçün strateji əhəmiyyət daşıyan Hörmüz boğazında çoxlu sayda mina yerləşdirilib. O bildirib ki, Almaniya da daxil olmaqla bir sıra Avropa ölkələri ərazinin minalardan təmizlənməsi üzrə mümkün əməliyyatda iştirak etməyə hazırdır.
Yohan Vadeful hesab edir ki, belə bir əməliyyatın maliyyə yükünü Tehran daşımalıdır. Bununla yanaşı, Almaniya hökumətinin hələlik Avropa ölkələrinin bu missiyada iştirakı müqabilində İrandan ödəniş tələb olunması ilə bağlı rəsmi qərar qəbul etmədiyi vurğulanıb.
14:38 06.07.2026
Oxunuş sayı: 62