Baş nazir: Ukrayna Polşa ilə gərginliyi azaltmaq üçün yollar axtarır
Ukrayna Polşa ilə münasibətlərdə gərginliyin azaldılması üçün çıxış yolları axtarır.
Crossmedia.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bildirib.
Onun sözlərinə görə, Ukrayna Avropa İttifaqına üzv olmaq istəyirsə, tarixi ilə barışmalıdır.
Reuters yazır ki, Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini Polşanın ali dövlət mükafatından məhrum etməsindən sonra iki ölkə arasında diplomatik münasibətlər 2022-ci ildən bəri ən gərgin mərhələyə çatıb.
Navrotski bu qərarını İkinci Dünya müharibəsi dövründə polyakların qətliamında iştirak etmiş üsyançıların adının Ukrayna hərbi hissələrindən birinə verilməsi ilə əsaslandırıb.
Tusk bildirib ki, Ukraynanın xarici işlər naziri Andrey Siqiba ilə polşalı həmkarı Radoslav Sikorski arasında Varşavada keçirilən görüşdən sonra Kiyevin gərginliyi azaltmağa çalışdığına dair müsbət siqnallar alıb.
“Avropa birliyi barışıq olmadan mümkün deyil, barışıq isə ağrılı tarixlə üzləşmədən mümkün deyil”, – deyə Polşanın baş naziri vurğulayıb.
11:16 04.07.2026
Oxunuş sayı: 56