Novorossiyskdə yanacaq qıtlığı: Benzin tükənib
Rusiyanın Novorossiysk şəhərindəki bütün yanacaqdoldurma məntəqələrində benzin tükənib.
Crossmedia.az xəbər verir ki, bu barədə şəhər administrasiyasının Bələdiyyə İdarəetmə Mərkəzi məlumat yayıb.
Məlumata görə, şəhərdə yanacağın sərbəst satışı müvəqqəti dayandırılıb. Dizel yanacağı isə yalnız səkkiz yanacaqdoldurma məntəqəsində məhdud həcmdə mövcuddur.
Bildirilib ki, hazırda avtomobillərin yanacaqla təmin olunması yalnız yanacaq kartları vasitəsilə həyata keçirilir. Bu kartlardan əsasən xidməti avtomobillərin sürücüləri istifadə edə bilirlər.
Qeyd olunub ki, yanacaq kartlarını fərdi sahibkarlar və hüquqi şəxslər öz müəssisələrinin nəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün rəsmiləşdirə bilərlər.
15:19 03.07.2026
Oxunuş sayı: 50