Dənizkənarı Milli Parkda Türk dünyasından incəsənət nümayəndələrinin iştirakı ilə konsert keçirilib
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan "Türk Dünyası Həftəsi" çərçivəsində iyunun 30-da Dənizkənarı Milli Parkda konsert proqramı keçirilib.
Crossmedia.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə açıq havada keçirilən konsertdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan incəsənət nümayəndələri və bədii kollektivlər iştirak ediblər.
Qardaş respublikaların xalq və bəstəkar mahnıları, milli rəqsləri, eləcə də Avropa bəstəkarlarının əsərlərinin yer aldığı musiqili gecə böyük maraq və alqışlarla qarşılanıb.
Türk xalqlarının birlik və həmrəyliyinin sədasına çevrilən konsert proqramı tamaşaçıların yaddaşında silinməz iz buraxıb.
17:42 01.07.2026
Oxunuş sayı: 41