Emin Əmrullayev: Təhsil sahəsində sistemli korrupsiya yoxdur
Təhsil sahəsində sistemli korrupsiya yoxdur.
Crossmedia.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev IX ADA Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, şagirdlərin yerdəyişməsi, müəllimlərin işə qəbulu və bu kimi digər mühüm proseslərdə rüşvət və korrupsiya hallarının aradan qaldırılmasına böyük ölçüdə nail olunub.
Onun sözlərinə görə, hazırda təhsil sistemində sistemli korrupsiya mövcud deyil.
13:27 30.06.2026
Oxunuş sayı: 55