MİQ-də iştirak edən müəllimlər sertifikatlaşdırmada daha yaxşı nəticə göstərir
MİQ imtahanında iştirak edən müəllimlər, serifikatlaşdırma imtahanında da yüksək nəticə göstərir.
Crossmedia.az xəbər verir ki, bunu ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir əlavə edib ki, MİQ imtahanından keçən müəllimlərin serifikatlaşdırma orta balı 51, iştirak etməyən müəllimlərin sertifikatlaşdırma orta balı isə 42-dir.
Ayhan
10:25 30.06.2026
Oxunuş sayı: 46