Dövlət Məşğulluq Agentliyi “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edir
18 iyunda fəaliyyətə başlayan “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” öz işini davam etdirir. Yerli sahibkarlığın təşviqi, biznes subyektləri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və müxtəlif sahələr üzrə fəaliyyət göstərən qurumların bir araya gəlməsi baxımından mühüm platforma hesab olunan sərgidə dövlət qurumları da aktiv şəkildə təmsil olunur.
Crossmedia.a xəbər verir ki, Agentlik tədbir çərçivəsində iştirakçılara məşğulluq imkanları, əmək bazarında müşahidə olunan tendensiyalar, peşə hazırlığı proqramları və aktiv məşğulluq mexanizmləri barədə məlumat təqdim edir. Eyni zamanda vətəndaşların əmək bazarına inteqrasiyası, peşə bacarıqlarının inkişafı və iş imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr barədə maarifləndirici təqdimatlar həyata keçirilir. Dövlət Məşğulluq Agentliyinin sərgidə təmsil olunması dövlət–özəl sektor əməkdaşlığının inkişafı, insan kapitalının gücləndirilməsi və əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması baxımından əhəmiyyətli hesab olunur.
Qeyd edək ki, “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və “Marsol Group”un birgə təşkilatçılığı ilə keçirilir.
Ayhan
13:35 19.06.2026
Oxunuş sayı: 74