Latviya ukraynalı hərbi ekspertləri ölkəyə dəvət edib
Latviyanın hava məkanının mühafizə sistemini qiymətləndirmək məqsədilə ölkəyə ukraynalı hərbi ekspertlərdən ibarət qrup dəvət olunacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Latviyanın Baş naziri Andris Kulbergs məlumat verib.
Müharibə şəraitində real döyüş təcrübəsinə malik mütəxəssislər Latviyanın dronlara qarşı müdafiə sistemindəki zəif nöqtələri müəyyənləşdirəcək və ən effektiv texniki həllərlə bağlı tövsiyələr təqdim edəcəklər.
Rəsmi Riga bu tövsiyələr əsasında yeni müdafiə sistemlərini ilin sonunadək tətbiq etməyi planlaşdırır. Latviya rəhbərliyi hesab edir ki, pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üçün qırıcı təyyarələrdən istifadə həm iqtisadi, həm də əməliyyat baxımından səmərəli deyil.
Buna görə də ölkə daha müasir və qənaətli antidron texnologiyalarına üstünlük verməyə çalışır.
20:00 13.06.2026
Oxunuş sayı: 55