Türkiyə və BƏƏ arasında qarşılıqlı vizasız rejim tətbiq edilib
Türkiyə və Səudiyyə Ərəbistanı diplomatik və xüsusi (xidməti) pasport sahibləri üçün qarşılıqlı vizasız rejim tətbiq ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
İki ölkə arasında bu pasport sahibləri üçün qarşılıqlı viza azadolmasını nəzərdə tutan müqavilə rəsmi hökumət qəzeti olan "Resmi Gazete"-də dərc edilib və qüvvəyə minib.
Prezident Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə təsdiqlənən sənəd, Türkiyə və Səudiyyə Ərəbistanı hökumətləri arasında diplomatik və xidməti pasport sahibləri üçün viza tələblərindən imtina etmək barədə müqaviləni rəsmiləşdirir.
Müqaviləyə əsasən, hər iki ölkənin vətəndaşları istənilən 180 günlük müddət ərzində 90 günə qədər vizasız bir-birinin ərazisinə daxil ola, tranzit keçə, çıxa və müvəqqəti yaşaya biləcəklər.
18:00 13.06.2026
Oxunuş sayı: 69