KİV:ABŞ-İran sazişi sabah imzalana bilər
ABŞ-İran sazişi sabah imzalana bilər.
Crossmedia.az "Reuters"-ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ABŞ və İran arasında sülh sazişlərinin imzalanma mərasimi iyunun 14-də Cenevrədə baş tuta bilər.
Sənədin vitse-prezident Cey Di Vens və İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf tərəfindən imzalanması gözlənilir.
Sazişin təfərrüatları hələ də aydın deyil: media orqanları əvvəllər bu sazişlərin bir neçə versiyasını dərc etmişdi, lakin danışıqlar aparan tərəflər onları daim təkzib ediblər.
Məlumata görə, memorandum layihəsində Hörmüz boğazının açılması müqabilində İran aktivlərinin azad edilməsi və neftə qarşı sanksiyaların ləğvi nəzərdə tutulur, lakin bunun doğru olub-olmadığı yalnız sazişlər imzalandıqdan sonra məlum olacaq.
17:35 13.06.2026
Oxunuş sayı: 64