Aİ Gürcüstana təzyiq edir
Avropa İttifaqı(Aİ) Gürcüstana təzyiq göstərir, çünki respublika ondan xəbərsiz bəzi qanunlar qəbul etməyə cəsarət edib.
Crossmedia.az xəbər verir ki, bunu "Demokratik Gürcüstan" partiyasının baş katibi Kaxa Kaladze deyib.
"Ötən illər ərzində ölkəmiz görünməmiş təzyiqlərə məruz qalıb. Təbii ki, bu prosesin tərkib hissəsi olan qanunlardan danışmaq olar, amma ən mühüm səbəb ondan ibarətdir ki, biz onlardan xəbərsiz qərarlar qəbul etməyə necə cəsarət edirik. Biz ölkəmizin mənafeyindən çıxış edirik. Seçilmiş hökumətin birbaşa vəzifəsi sülhü qorumaq, ailələri, uşaqları qorumaq və başqa heç kimə imkan verməməkdir".
Kaladzenin sözlərinə görə, xüsusilə avropalılar 2024-cü ildə qəbul edilmiş xarici agentlər və ənənəvi dəyərlərin qorunması ilə bağlı qanunları bəyənmirlər.
Gürcüstanın Aİ və ABŞ ilə münasibətləri respublika parlamentinin 2024-cü ilin mayında xarici agentlər haqqında qanunu qəbul etməsindən sonra pisləşməyə başlayıb.
17:32 13.06.2026
Oxunuş sayı: 56