İran mediası: ABŞ ilə anlaşma son deyil, yeni mərhələnin başlanğıcıdır
ABŞ və İran arasında aparılan danışıqlarda mümkün anlaşmanın mahiyyətinə dair diqqətçəkən məqamlar məlum olub.
Crossmedia.az İranın "Mehr News" agentliyinə istinadən xəbər verir ki, bəzi mənbələr yaxın günlərdə Vaşinqton və Tehran arasında anlaşma imzalana biləcəyini iddia etsələr də, bunun yekun razılaşma kimi təqdim olunması doğru deyil.
Bildirilir ki, beynəlxalq diplomatiyada “anlaşma” xarakterli sənədlər adətən tərəflər arasında danışıqların davam etdirilməsi üçün ilkin çərçivə rolunu oynayır və bütün əsas fikir ayrılıqlarının həll olunduğu anlamına gəlmir.
Agentliyin təhlilində vurğulanır ki, bir çox ekspertlər mümkün sənədin imzalanmasını prosesin sonu deyil, yeni və daha mürəkkəb danışıqlar mərhələsinin başlanğıcı kimi qiymətləndirirlər.
Agentlik qeyd edir ki, tərəflər arasında yekun razılaşmaya gedən yolun hələ də bir sıra siyasi və texniki maneələrlə müşayiət olunacağı gözlənilir.
16:55 13.06.2026
Oxunuş sayı: 56