"Məzun" sözünün "bitgin" sözü ilə əvəzlənməsi təklif edilib
Azərbaycan Milli Məclis sədrinin müavini, akademik Rafael Hüseynov "məzun" sözünün "bitgin" sözü ilə əvəzlənməsini təklif edib.
Crossmedia.az xəbər verir ki, o, bu barədə iyunun 12-də Bakı Dövlət Universitetinin Milli Gimnastika arenasında keçirilən Məzun Günündə deyib.
O, "məzun" sözünün ərəb dilindən keçdiyini xatırladıb.
Parlamentari əlavə edib ki, digər türkdillərində oxşar məzmunlu, milli sözlər var: "Elə bizim dilimizdə də "ötgün" tipli belə sözlər mövcuddur".
17:58 12.06.2026
Oxunuş sayı: 72