İngla Kids-də 1 İyun Uşaqlar Günü rəngarəng tədbirlə qeyd olundu
1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə İngla Kids-də balacalar üçün xüsusi bayram proqramı təşkil olunub. Rəngarəng və əyləncəli atmosferdə keçən tədbirdə uşaqlar müxtəlif oyunlar, müsabiqələr və interaktiv fəaliyyətlərdə iştirak edərək yaddaqalan anlar yaşayıblar.
Crossmedia.az xəbər verir ki, tədbir çərçivəsində iştirakçılar üçün maraqlı əyləncə proqramları, yaradıcı məşğələlər və sürprizlər təqdim olunub. Bayram tədbirinin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların sevinc və xoş təəssüratlarla dolu gün keçirməsinə şərait yaratmaq olub.
İngla Kids tərəfindən təşkil edilən tədbirdə valideynlər də övladları ilə birlikdə bayram sevincini bölüşüblər. Gün ərzində uşaqların üzündə təbəssüm yaradan müxtəlif oyunlar və fəaliyyətlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Qeyd edək ki, Beynəlxalq Uşaqlar Günü dünyanın bir çox ölkəsində uşaqların hüquqlarının müdafiəsi, rifahı və xoşbəxt gələcəyinə diqqətin artırılması məqsədilə qeyd olunur. Bu münasibətlə keçirilən tədbirlər sırasında İngla Kids-in təşkil etdiyi bayram proqramı da uşaqlara unudulmaz anlar yaşadıb.





09:30 02.06.2026
Oxunuş sayı: 349