Tuskdan Avropaya sərt xəbərdarlıq: Hərbi xərcləri azaltmayın!
Avropa İttifaqına (Aİ) üzv olan bəzi ölkələr hərbi xərclərini azaltmaq niyyətindədir. Polşa isə bu qərarın qarşısını almağa çalışır.
Crossmedia.az xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk açıqlayıb.
Onun sözlərinə görə, Varşava müdafiə xərclərini azaltmaq istəyən Avropa ölkələrini mövqelərini dəyişməyə inandırmağa çalışır.
“Hazırda Avropanın təhlükəsizliyinə ayrılan vəsaitlərə qənaət etmək üçün ən pis zamandır”, – deyə Tusk vurğulayıb.
Polşanın Baş naziri Avropanın təhlükəsizliyinin təmin edilməsində müdafiə xərclərinin əhəmiyyətinə diqqət çəkərək, bu sahədə maliyyələşdirmənin azaldılmasına qarşı olduğunu bildirib.
12:13 17.10.2026
Oxunuş sayı: 56