Ermənistanın keçmiş baş naziri ABŞ-nin parlament seçkilərindəki maraqlarını açıqlayıb
Görünür, Vaşinqton Ermənistandakı mövcud hökumətin yenidən seçilməsi ilə bağlı ciddi narahatlıq keçirir və ABŞ kəşfiyyat orqanları vasitəsilə onun şanslarını araşdırıb.
Crossmedia.az xəbər verir ki, Ermənistanın keçmiş baş naziri Xosrov Harutyunyan bu fikri "Sputnik Armenia"-ya verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın Ermənistanın baş naziri Nikol Paşinyana dəstəyi və dövlət katibi Marko Rubionun qısa, elan edilməmiş səfəri də daxil olmaqla, ABŞ administrasiyasının son addımlarını şərh edərkən bildirib.
“Amerikalıların bu günlərdə etdikləri hər şey onların tələskənliyindən xəbər verir. Onlar daha çox hakim partiyanın, xüsusən də Nikol Paşinyanın qarşıdan gələn seçkilərdəki uğurundan narahatdırlar. Ən azından, onlar onun qalib gəlmək şansının son dərəcə az olduğunu və ya hətta azaldığını başa düşürlər”.
20:21 28.05.2026
Oxunuş sayı: 46