Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqlar gələn ay başlaya bilər
Avropa Komissiyası Ukraynanın Avopa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı danışıqlar üçün cədvəl müəyyən edib və ilk danışıqlar "klasterinin" iyunun ortalarında açılmasını təklif etməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Euractiv" məlumat yayıb.
Danışıqlar nə vaxt başlayır?
Aİ-nin yüksək vəzifəli rəsmisinin sözlərinə görə, Avropa Komissiyası iyunun 16-da Brüsseldə Ümumi İşlər Şurası çərçivəsində keçiriləcək Avropa nazirlərinin görüşündə fəsillərin ilk "klasterinin" açılması təklifini təqdim edəcək .
Bu cədvəl Aİ liderlərinə iki gün sonra keçiriləcək Avropa Şurasının iclasında bu addımı nəhayət təsdiqləməyə imkan verəcək.
Ukrayna və Moldova üçün qalan danışıqlar "klasterlərinin" iyul ayında açılması gözlənilir.
Üzvlük prosesinin özü Aİ hüququnun müxtəlif sahələrini bir araya gətirən altı sözdə "klaster"dən ibarətdir.
Bunlardan birincisi, birliyin əsas demokratik, iqtisadi və institusional sütunları ilə bağlıdır - əvvəlcə açılır, amma sonda bağlanır.
Hər bir addımın təsdiqlənməsi üçün bütün 27 üzv dövlətin yekdil dəstəyi tələb olunur .
23:40 27.05.2026
Oxunuş sayı: 40