Aİ-yə üzvlük Ermənistan üçün nə vəd edir?
Son zamanlar Ermənistan hökuməti Avropa İttifaqı (Aİ) üzvlüyü prosesi haqqında əsas məlumata malik olmadan, ölkənin Aİ üzvlüyünün gələcəyini xalq arasında yayır.
Crossmedia.az xəbər verir ki, bu barədə hüquq elmləri namizədi Artur Qazinyan yazıb.
Aİ-yə qoşulmaq istəyən dövlət avropalı olmalı və 1993-cü ildə Kopenhagendə Avropa Şurası tərəfindən qəbul edilmiş 3 əsas komponentdən ibarət meyarlara tam cavab verməlidir:
Siyasi
- sabit demokratik sistem
- qanunun aliliyi
- müstəqil və səmərəli fəaliyyət göstərən məhkəmə sistemi
- insan hüquqları və fundamental azadlıqlarının effektiv və zəmanətli sistemi
İqtisadi
- bazar iqtisadiyyatı
- sərbəst rəqabətli iqtisadiyyat
- özəl mülkiyyətin qorunmasına zəmanətlər
-makroiqtisadi sabitlik
-investisiyaların hüquqi müdafiəsi
İnstitutional
- Mövcud qanunvericiliyi Aİ hüquq kodeksinə tam uyğunlaşdırmaq
-Aİ qanunvericiliyinin dövlət ərazisində tam və effektiv tətbiqi.
Üzvlük üçün sürətləndirilmiş müddət 7 ildən 10 ilə qədərdir və orta hesabla 15 ildir.
Əgər Ermənistan möcüzə nəticəsində 1993-cü il Kopenhagen meyarlarına cavab verərsə, Avropa dövləti hesab olunarsa və Aİ ilə ortaq (dəniz və ya quru) sərhədi olarsa, üzvlük prosesi 15-20 il çəkəcək.
Aİ ilə ortaq sərhədin yalnız iki yolu var: Gürcüstan və Türkiyə. Bu iki ölkə yaxın gələcəkdə Aİ-yə qoşula bilməz, buna görə də Ermənistanın növbəti 30 ildə Aİ-yə üzvlüyü sadəcə mümkün deyil.
03:45 28.05.2026
Oxunuş sayı: 45