Putin Qazaxıstanda Ermənistanla bağlı vəziyyəti müzakirə edəcək
Rusiya Prezidenti Vladimir Putin Astanaya dövlət səfərinə gedib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onu hava limanında Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev qarşılayıb.
Səfər 27-29 may tarixlərində davam edəcək və Avrasiya İqtisadi İttifaqının (Aİİ) sammiti ilə üst-üstə düşəcək.
Putin və Tokayev arasında qeyri-rəsmi danışıqlar bu günə planlaşdırılır.
Mövzulardan biri Ermənistanla bağlı vəziyyət və onun Aİİ-də gələcək iştirakı olacaq. Kreml bu məsələnin danışıqların gündəliyində olacağını təsdiqləyib və dövlət başçıları danışıqlardan sonra ayrıca bəyanat verib-verməmək barədə qərar verəcəklər.
Rusiya nümayəndə heyətinin iştirakı ilə rəsmi tədbirlər, eləcə də dövlət başçılarının qatıldığı Aİİ forumu 28 mayda keçiriləcək. 29 mayda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək.
20:36 27.05.2026
Oxunuş sayı: 51