KİV: İran-ABŞ razılaşması ilə bağlı nikbinlik bazarlara təsir edib
Qlobal bazarlarda neft qiymətləri İran və ABŞ arasında mümkün razılaşma ilə bağlı “ehtiyatlı nikbinlik” fonunda əvvəlcə yüksəlsə də, daha sonra yenidən geriləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu gün "Brent" markalı Şimal dənizi neftinin qiyməti 2,42 faiz azalaraq bir barel üçün 97,19 dollara düşüb.
Bu geriləmə Asiya bazarlarında qiymətlərin qısa müddət ərzində 99 dollar həddini keçməsindən sonra qeydə alınıb.
20:34 27.05.2026
Oxunuş sayı: 44