Zelenski Avropa Komissiyası ilə dron layihəsini müzakirə edib
Ukrayna lideri Volodimir Zelenski Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə Dron Sazişi layihəsi çərçivəsində Ukraynanın hava hücumundan müdafiə və raket əleyhinə müdafiə imkanlarının gücləndirilməsini müzakirə edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Prezidentin sözlərinə görə, bəzi Avropa İttifaqı(Aİ) ölkələri artıq əməkdaşlıq formatına qoşulmağa hazırdır.
Zelenski, həmçinin bildirib ki, Ukrayna iyun ayında Aİ-yə qəbulla bağlı ilk danışıqlar klasterini açmağı gözləyir.
20:00 27.05.2026
Oxunuş sayı: 45