Marukyan: İrəvanın mərkəzində daşınmaz əmlak vergiləri kəskin artıb
- “Parlaq Ermənistan” partiyasının lideri Edmon Marukyan seçki kampaniyası çərçivəsində İrəvanın mərkəzində çıxış edərək daşınmaz əmlak vergisinin yeni hesablanma metodunu tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, yeni qaydalar vergilərin bazar dəyəri əsasında hesablanmasını nəzərdə tutur və bu da mərkəzdə yerləşən mənzillər üçün vergi yükünün ciddi şəkildə artmasına səbəb olub.
Marukyan bu vəziyyəti erməni maaşlarına uyğun olmayan Avropa tipli vergilər kimi qiymətləndirib.
O, iddia edib ki, mərkəzdə yaşayan və gəliri aşağı olan bir çox sakin artan vergi səbəbindən ödənişləri qarşılaya bilməyəcək, nəticədə isə öz mənzillərini sataraq şəhərin kənarına köçmək məcburiyyətində qalacaqlar.
17:10 27.05.2026
Oxunuş sayı: 54