Paşinyan: Ermənistanın Aİ və ya Aİİ seçimini xalq müəyyən edəcək
Ermənistanın Avropa İttifaqına (Aİ) və ya Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük istiqaməti ilə bağlı qərarı xalq verəcək.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan Qarni kəndində seçicilərlə görüş zamanı deyib:
“Biz Aİİ-də qalmaq, yoxsa Aİ-yə qoşulmaq məsələsini mən yox, xalq həll edəcək. Ən güclü tərəf kimdir? Vətəndaşlardır. Mənim vəzifəm sizə seçim imkanları yaratmaqdır.”
Baş nazir, həmçinin Rusiya ilə münasibətlərin pisləşməsi halında qiymətlərin artması ilə bağlı narahatlıqlara da toxunub. Onun sözlərinə görə, belə risklərə cavab daha çox gəlir və iqtisadi imkanlar olacaq:
“Ermənistan sülh kəsişməsi modelinə keçəcək və ölkə gələcəkdə milyonlarla yox, milyardlarla və trilyonlarla ölçülən iqtisadi imkanlara sahib ola bilər.”
Qeyd edək ki, Rusiya rəsmiləri daha əvvəl Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində ciddi iqtisadi fayda əldə etdiyini bildirmişdi. Statistik göstəricilərə görə, Ermənistanın 2014-cü ildən bəri adambaşına düşən ÜDM-i təxminən iki dəfə artıb. Həmçinin bildirilir ki, Aİİ-dən çıxış ölkənin ticarət dövriyyəsinin təxminən 40%-ə qədər azalmasına səbəb ola bilər. 2025-ci ildə Ermənistanın Rusiya ilə ticarətindən təxminən 2,9 milyard dollar gəlir əldə etdiyi qeyd olunur.
16:40 27.05.2026
Oxunuş sayı: 48