ABŞ Silahlı Qüvvələri Sakit okeanda narkotik əməliyyatı keçirib
ABŞ Silahlı Qüvvələri Sakit okeanın şərq hissəsində narkotik qaçaqmalçılığı ilə əlaqəli olduğu bildirilən gəmiyə zərbə endirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Ordusunun Cənub Komandanlığının yaydığı məlumata görə, “Southern Spear” qrupu terror təşkilatları ilə əlaqələndirilən gəmini ölümcül kinetik zərbə ilə vurub.
Bildirilir ki, gəmi narkotik daşımalarında istifadə olunan marşrut üzrə hərəkət edib və narkoticarət əməliyyatlarında iştirak edib.
Hücum nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə sağ qalıb. Hadisədən sonra axtarış-xilasetmə əməliyyatı aparılması üçün ABŞ Sahil Mühafizəsinə məlumat verilib.
Cənub Komandanlığı əməliyyat zamanı ABŞ hərbçilərinin xəsarət almadığını da açıqlayıb.
15:25 27.05.2026
Oxunuş sayı: 56